İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə altı matç baş tutub.
Bu mövsüm çempionluq arzusu puça çıxan "Yuventus” səfərdə "Atalanta”ya uduzubsa, "Roma” rəqib meydanında "Torino”ya boyun əyib .
İkinci yerdə qərarlaşan "Milan” "Cenoa” ilə ev oyununda çətin qələbəyə sevinib.
"Napoli” lider "İnter”i qəbul edib. Tərəflər 1 xalı hərəyə 1 qolla qazanıb.
İtaliya A Seriyası
31-ci tur
17 aprel
Krotone – Udineze 1:2
Qollar: Simi, 68-pen – De Paul, 41; 74.
Sampdoriya – Verona 3:1
Qollar: Yankto, 46. Qabbyadini, 73. Torsbi, 82 – Lazoviç, 13.
Sassuolo – Fiorentina 3:1
Qollar: Berardi, 59; 62. M.Lopes, 75 – Bonaventura, 31.
Kalyari – Parma 4:3
Qollar: Pavoletti, 39. Marin, 66. Pereyro, 90+1. Çerrri, 90+4 – Petsella, 5. Kuçka, 31. Man, 59.
18 aprel
Milan – Cenoa 2:1
Qollar: Rebiç, 13. Skamakka, 68-öz qapısına – Destro, 37.
Atalanta – Yuventus 1:0
Qol: Malinovski, 87.
Bolonya – Spetsiya 4:1
Qollar: Orsolini, 12. Barrou, 18. Svanberq, 54; 60 – İsmayli, 34.
Latsio – Benevento 5:3
Qollar: Depaoli, 10-öz qapısına. İmmobile, 20; 90+6. Korrea, 36. Montipo, 48-öz qapısına – Sau, 45. Viola, 62. Qlik, 85.
Torino – Roma 3:1
Qollar: Sanabriya, 57. Zaza, 71. Rinkon, 90+2 – Mayoral, 3.
Napoli – İnter 1:1
Qollar: Handanoviç, 36-öz qapısına – Eriksen, 55.