İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki matç baş tutb.
"Arsenal” öz meydanında "Fulhem”i yenə bilməyibsə, "Mançester Yunayted” "Börnli”ni məğlub yola salıb.
Bu tur keçirilməli olan "Sauthempton” – "Kristal Pelas”, "Aston Villa” – "Mançester Siti”, "Lester” – "Vest Bromviç” matçları təxirə salınıb.
İngiltərə Premyer Liqası
32-ci tur
18 aprel
Arsenal – Fulhem 1:1
Qollar: Nketia, 90+7 – Maya, 59.
Mançester Yunayted – Börnli 3:1
Qollar: Qrinvud, 48; 84. Kavani, 90+3 – Tarkovski, 50.