Avropa Klublar Birliyinin (ECA) yeni prezidenti məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Xəbərə görə, bu posta Almaniyanın "Bavariya” klubunun prezidenti Karl-Haynts Rummenigge təyin olunub.
Rummenigge bu vəzifədə Andrea Anyellini əvəz edib. "Yuventus”un prezidenti Anyelli yeni yaradılan Avropa Super Liqasının vitse-prezidenti təyin olunduqdan sonra ECA-dakı işindən istefa verib.
Qeyd edək ki, Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko”, "Real”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları iştirak edəcək.
Fanat.Az