23:01 21.04.2021 711

"Heç vaxt bilərəkdən kimisə zədələməyi düşünməmişik"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. 
 
Fanat.Az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Kubok oyunu başqa ab-havadır. Həm çempionatda, həm kubokda mübarizə aparmalıyıq. Bu gün heyətdə çoxlu dəyişikliklər etmişdim. Mən bütün futbolçularıma inanıram. Onlara təşəkkür edirəm, bu gün yaxşı mübarizə apardılar. Sıx qrafik var, çalışacağıq sona qədər mübarizə aparaq. 
 
- Qurban Qurbanov bu gün çox qəzəbli idi. Zubirə qarşı olunan sərt oyundan narazı idi. O, Zubirə bilərəkdən sərt müdaxilə edildiyini düşünür...
- Digər komandanın əvəzetməsinə fikir bildirmək istəmirəm. Hər komandanın öz daxili işi var. Bu, futboldur. Qurban müəllim mənə görə Azərbaycanın ən yaxşı baş məşqçisidir. Ondan çox şey öyrənmişik. "Qarabağ"ın gərgin olduğunu bilirdik. Zədəliləri var. Lakin biz heç vaxt bilərəkdən kimisə zədələməyi düşünməmişik. Ötən oyunda Əli Qurbaniyə sərt müdaxilə olmuşdu. "Qarabağ"la oynayırsan, "Qarabağ" küsür, "Neftçi" ilə oynayırıq, onlar küsür. "Neftçi"ni uduruq, onlara qarşı qəsdlə aqressiv olduğumuzu deyirlər. Bəs biz nə edək? Bəlkə, onlar öz aralarında oynasın? Zubirə bilə-bilə müdaxilədən söz gedə bilməz. Biz heç baxt bu fikirdə olmamışıq. 
 
- Cavab matçında da müdafiə futbolu oynayacaqsız? 
- 8 futbolçunu dəyişmişdik. Bu, rəqibə qarşı hazırlanmış bir taktika idi. Əsas məqsədimiz qol buraxmamaq idi. İndi cavab oyununu fikirləşmirəm. Qarşıda "Zirə" ilə oyun var. Sıx qrafikdəyik. "Qarabağ"a çempionatda məğlub olsaq da, yaxşı oynamışdıq. Lakin hakim səhvlərinə görə fərq çox oldu. 
 
- "Qarabağ"la çempionatda səfər matçlarında böyükhesablı məğlubiyyət alırsız. Bu, nə ilə bağlıdır?
- "Qarabağ"a qarşı hər oyunda çətinlik çəkirik. Belə sindromlar ola bilər.
 
- Qurban Qurhanovun dediklərindən belə çıxır ki, komandalar onlara qarşı bilərəkdən sərt oynayır. Bunu öz ünvanınıza ittiham kimi qəbul edirsiz? 
- Qurban müəllim qəzəbli olub, başa düşmək olar. Heç kim mənə bu haqda heç nə deyə bilməz. Heç kimin məni ittiham etməyə cürəti çatmaz. Kim bizə nəyi sifariş edə bilər? Bizim də zədəlilərimiz olub. Bir müddət komandada koronavirusa yoluxma çoxaldı. Onda heç kim bizə dəstək olmadı, heç kim çıxıb demədi ki, "Sumqayıt"a kömək olaq. İndi Qurban müəllimin qərəzli şəkildə nəsə dediyini düşünmürəm, ona böyük hörmətim var. Sadəcə, qəzəbli olub.
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X