İspaniyanın Bilbao şəhəri AVRO-2020-nin ev sahibi şəhərlər siyahısından çıxarılıb.
Fanat.Az xəbər verir ki, Dublin və Münhenin turnir oyunlarına ev sahibliyi etməyə hazırlığı da hazırda sual altında qalır.
"The Telegraph" nəşri bu səbəblərə görə AVRO-2020-nin oyunlarının bir çoxunun İngiltərədə keçiriləcəyini yazıb.
Xəbərə görə, UEFA İngiltərə Futbol Assosiasiyasının Avropa Superliqasına qarşı mübarizədə iştirakına görə təşəkkür olaraq bu qərarı qəbul edəcək.
Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Sankt-Peterburq, London, Bakı, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Qlazqo və Budapeşt kimi şəhərlərin ev sahibliyi etmək qabiliyyətinə zəmanət verilib.
Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.
Fanat.Az