Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
İlk gündə Eldəniz Əzizli, Taleh Məmmədov və Sənan Süleymanov xalça üzərinə çıxıb.
Dünya və Avropa çempionu olan Eldəniz ilk cəhdində Bolqarıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. 1/4 finalda dünya çempionu Nuqzari Tsurtsumia ilə qarşılaşan güləşçimiz onu da mübarizədən kənarlaşdırıb. Əzizlinin finala gedən yolunu rusiyalı idmançı kəsib.
Taleh də startda bolqar rəqibindən güclü olub. 1/4 finalda Ermənistan güləşçisi ilə qarşılaşan Məmmədov onu da mübarizədən kənarlaşdırıb. Yarımfinalda latviyalı Jurkiansı 7:1 hesabıyla yenən Məmmədov finala yüksəlib.
Sənan isə ilk görüşündə Finlandiya təmsilçisinə heç bir şans verməyib. Növbəti mərhələdə Türkiyə güləşçisi ilə üz-üzə gələn Süleymanov, hesabda öndə olduğu bu görüşdən məğlubiyyətlə ayrılıb.
Avropa çempionatı
23 aprel
55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan) 12:4
1/4 final: Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) 10:1
1/2 final: Eldəniz Əzizli - Emin Seferşayev (Rusiya) 4:5
63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan) 9:6
1/4 final: Taleh Məmmədov - Qraçya Poqosyan (Ermənistan) *2:2
1/2 final: Taleh Məmmədov - Aleksandr Jurkjans (Latviya) 7:1
77 kq
1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya) 10:0
1/4 final: Sənan Süleymanov - Yunus Əmrə Başar (Türkiyə) 5:8