17:51 23.04.2021 664

Milli Qəhrəman Allahverdi Bağırovun xatirə turniri keçirildi

"Qarabağ” Futbol Klubunun və "ASAN Könüllülük” Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş "Dostluq” futbol turniri keçirilib.
 
Fanat.Az xəbər verir ki, yarışda 12 qurumun könüllülərindən ibarət komandalar iştirak edib.
 
1-ci yer uğrunda həlledici matçda Təhsil könüllülərinin "Bir könüllü” komandası ilə "Ədliyyə könüllüləri” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Bir könüllü” komandası turnirin qalibi olub.
 
Mükafatlandırma mərasimində klubun direktoru Əmrah Çəlikəl, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və "ASAN Könüllüləri” Təşkilatının sədri Cahangir Hacıyev iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Cahangir Hacıyev çıxışında dəstəyə görə "Qarabağ” Futbol Klubuna təşəkkür edib, gənclər arasında belə yarışların keçirilməsinin vacibliyini dilə gətirib. Cahangir Hacıyev mükafatçıları təbrik edərək, turnirin ənənəvi olacağını söyləyib.
 
Əmrah Çelikel yarış iştirakçılarını salamlayıb və gənclərin diqqətinin bu əlamətdar təqvim gününə - Allahverdi Bağırovun doğum gününə cəlb edilməsinin əhəmiyyəti barədə danışıb. Əmrah Çelikel bildirib ki, bu turnirin təşkili şəhid adına verilən yüksək qiymətin təzahürüdür.
 
Qurban Qurbanov yarışın əhəmiyyətindən danışaraq bildirib ki, belə turnirlərin keçirilməsi gənclərin həm fiziki hazırlıqlarına, həm də vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. Qurban Qurbanov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Allahverdi Bağırovun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib:
 
"Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi həmişə hörmətlə anılır. Komandamızın keçmiş futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovla həmişə fəxr edib öyünürük. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
 
Sonda isə qalib və mükafatçılara diplom və hədiyyələr verilib.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X