Sabah Premyer Liqada XXIV turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu turda "Neftçi" səfərdə "Sabah"la qarşılaşacaq. Bu komandalar arasında Premyer Liqada 11-ci oyun olacaq.
İndiyədək baş tutan 10 oyunda "Neftçi" 9 qələbə qazanıb, bir görüş "sülh"lə bitib. "Ağ-qaralar"ın 21 qoluna "Sabah" 3 dəfə cavab verə bilib.