Azərbaycan Premeyer Liqasının XXIV turunda "Qarabağ" səfərdə "Qəbələ"ni 5:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçı dəyərləndirib.
49 yaşlı mütəxəssis oyun ilə bağlı bunları söyləyib: "Futbolçularımı təbrik edirəm. Həqiqətən çox vacib oyun idi. Məsafəni nəzərə alsaq, son səfər matçımız idi. Bütün rəqiblərə qarşı oyunlarda daha çox hücum etməyə çalışırlar. Rəqibin yaxşı hücum xətti var, futbolçular bir-birilərini gözəl başa düşürlər. Əks hücumlarda təhlükəli idilər. Bu cür hücumların qarşısını pis almadıq. İlk hissədə bir neçə qol epizodumuz olsa da, istifadə edə bilmədik. İkinci yarıda isə demək olar ki, əlimizə düşən imkanların hamısından yararlandıq və vacib xallar qazandıq".
Fanat.Az