Moldova “Tiraspol” klubuna keçən Dan Pisla Azərbaycan karyerası xatırlayıb. Fanat.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi yeni klubunun rəsmi saytına müsahibəsində ölkəmizdən danışıb.
Pisla bildirib ki, Azərbaycana gəlişindən danışıb: “Mən ora baxışa getmişdim. Üç oyun keçirdim. Hər oyunda bir qol vurdum və mənə orada qalmağı təklif etdilər. Orada üç komandada oynamışam - “Standart”, “Muğan” və “Turan”.
27 yaşlı futbolçu Azərbaycan və Moldova çempionatlarını müqayisə edib: “Azərbaycanda futbola investisiya yatırımı çoxdu. Bu səbəbdən oyun daha sərtdi. Harada pul var, orada da rəqabət doğulur. Orada “Tiraspol” və “Şerif” səviyyəsində komandalar çoxdu, haradasa on komanda".
Fanat.az