21:49 25.04.2021 806

"Neftçi"nin baş məşqçisi: "Çox utancverici oyun oldu"

"Çox utancverici oyun oldu. 90 dəqiqənin 30 dəqiqəsini yerdə uzanmaq bizim futbola yaraşmayan şeydir. Rəqibin qapıçısını illərdir tanıyırlar, amma bir çarə qılmırlar. Vaxtı uzadır, ver "qırmızı"nı, meydandan qov".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, hər bir matçdan öncə hamı diqqətli olmalıdır: "Hansı oyuna necə referi təyin edirlər, baxmalıdırlar. Necə təzyiqli döməmdəyik. Bu nədir? Epizodları xırdalamaq istəmirəm. Bayraq götürəcəklər ki, üç "qırmızı" oldu. Bu nə oyundur? Başa düşürəm, komandanı yerdə uzandırırıq, bunu biz edirik. Biz o günə qoyuruq ki, uzanırlar. Bu nədir qardaş? Hakimə epizodları göstəririk. Sən tempi qaldırırsan, o biri tempi salır. Yoxsa çıxıb hakimdən danışmalıyıq, epizodları göstərməliyik"?

Abasovun sözlərinə görə, "Neftçi" təkcə hansısa komandaya qarşı mübarizə aparmır: "İstəyirik ki, biz necə oynayırıqsa, bizə qarşı da elə oynasınlar. Bu bir xal rəqib üçündürsə, bizim üçün də heç nə bitməyib. Mən oyundan yox, ümumi ab-havadan narazıyam. Əvvəl öz oyunçularımıza söz deyirdik, indi hamıya. Hər kəs diqqətli olmalıdır. Həyəcanlı, təzyiqli dönəmlərdəyik. Bu gün Azərbaycan çempionatının nəbzini saxlayan "Neftçi"dir. Biz dayansaq, nəbz də dayanacaq".

Baş məşqçi komandasında heç bir səhv olmadığını söyləyib: "Oyuna sakit başladıq. Son dəqiqələrdə buraxdığımız əks-hücumlar normaldır, olmalıdı. Heç bir futbolçuma iradım yoxdur. Oyunun içində də onları sakitləşdirə bilmirdik. Necə qol vurmalıyıq ki, sayılsın? Qolumuz niyə sayılmır? Bu sualın cavabı çox güman ki, sizə də maraqlıdır".

Mütəxəssis deyib ki, oyunda baş verənlərdə AFFA və hakimlərin rolu yoxdur: "Nə dediyimi hamınız yaxşı bilirsiniz. Bizim üçün çox çətindir. Nəbz "Neftçi" ilə döyünür, bu intriqanı biz saxlayırıq. Bu gün qolumuz sayılmadı. Niyə biz indi növbəti oyuna həyəcanla çıxmalıyıq? Bu vaxta kimi "Sabah"ın digər komandalara qarşı belə oynadığını görməmişik. Vaxtı aparmaqla nə qazanırsız axı"? (Report.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X