23:48 25.04.2021 680

Rəşad Sadıqov: "Elə bir oyun idi ki, səhv bağışlanmayacaqdı" - VİDEO

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Hər iki komanda bir-birinə yaxşı bələd idi və müdafiədə etibarlı oynadı. Heç bir tərəf səhvə yol vermədi. Xırda epizodlar olurdu, o da zərbə və ya asma ilə nəticələnirdi. Oyun qol epizodları baxımından kasad keçdi. Hər iki komanda ağıllı oynamağa və mübarizələrdə bir-birinə güzəştə getməməyə çalışırdı. Elə bir oyun idi ki, səhv bağışlanmayacaqdı. Çünki hansısa komanda rəqibini 3 xal qabağa buraxsa, sonradan bunu aradan qaldırmaq çətin olacaqdı. Növbəti xalımızı qazandıq. Əzmkar mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm".
 
Sadıqov rəqibin fiziki baxımdan daha gümrah təsir bağışladığını söyləyib: "Sumqayıt" "Qarabağ"la kubok görüşündə əsas oyunçularının əksəriyyətini qorumuşdu. Bəlkə bu gün fiziki cəhətdən daha gümrah idilər. Amma bizim uşaqlar meydanda bunu hiss etdirmədilər, başabaş mübarizə apardılar. Düzdür, ikinci hissənin əvvəlində çoxlu top itkilərimiz oldu. Bir az həmin vaxt rəqibə rahat oynamağa imkan verdik. Amma sonradan vəziyyəti bərabərləşdiridk".
 
Baş məşqçi oyunun əvvəllərində gərgin olmasının səbəbini də açıqlayıb: "Heç vaxt hakim səhvi ilə qələbənin tərəfdarı olmamışam. Səhv gördüyümüz anda özümüzdən asılı olmayaraq gərginləşirik. Səhv olmayanda buna ehtiyac da qalmır. Amma ikinci hissədə özümü daha sakit saxlamağa çalışırdım. Bilirdim ki, dəqiqələr keçdikcə, zatən, oyunçularda gərginlik artacaq. Ona görə özümü sakitləşdirdim ki, futbolçular meydanda daha sərbəst olsunlar".
 
O qeyd edib ki, "Sumqayıt"a qarşı oyunları pis keçmir: "Bir az son matçda rəqibin nisbətən üstünlüyü oldu. Amma digər qarşılaşmlarda üstünlük cüzi də olsa bizdə idi. "Sumqayıt" çox yaxşı komandadır. Ayxan Abbasov yaxşı kollektiv qurub. Heyətlərin millinin 8 üzvü çıxış edir. Bu da komandaya əlavə motivasiya verir. Bu gün "Sumqayıt"ın bir neçə düşünülmüş hücumunun qarşısını ala bildik. Amma özümüz hücumda istədiyimiz kimi oynaya bilmədik. Çünki rəqibin heyətində ustalıq səviyyəsi yüksək müdafiəçilər var. Onlar da bizim qarşımızı almağa çalışırdı. Bu, hər iki komandada yaxşı alındı".
 
Mütəxəssis cari mövsümdə üzləşdikləri çətinliklərdən də söz açıb: "Problemlərimiz göz qabağındadır. Adətən, çempionat qışadək bir tempdə keçir, qışdan sonra fərqli olur. Digər səbəb, "Neftçi" ilə kubok və çempionat matçlarımızdan sonra heyətdə itkilər olmağa başladı. Demək olar ki, 6-7 turdan sonra ötən matçda optimal heyətlə meydana çıxdıq. Bəlkə də çempionat ərzində ən çox itkilər bizdə olub. Düzdür, son vaxtlar "Qarabağ" da itkilərlə üzləşib. Şükürlər olsun, öhdəsindən gələ bildik. Düşünə bilərlər ki, "Zirə" 6-7 oyundur qələbə qazana bilmir. Amma mən fərqli baxıram. Kimsə çempionatın əvvəlində, kimsə ortasında, kimsə də sonlarında çox xal yığır. Daha yaxşısını edə bilərdik. Amma bu da pis deyil. Bəzi oyunlarda nəticəyə təsir edən hakim səhvləri oldu. Bütün problemləri nəzərə alsaq, bugünkü durumumuzdan razıyam".
 
Sadıqov "Keşlə" ilə ölkə kubokunun yarımfinal matçına da toxunub: "Qarşıda bizi vacib görüş gözləyir. Rəqib də bu gün qələbə qazanıb. Çox potensiallı, yaxşı heyətləri, kubok qazanmaqda təcrübəli məşqçiləri var. Bilirik ki, sonadək mübarizə aparacaqlar. Bərpa olub, 3 gün sonra yenidən oyuna çıxmalıyıq. Hazırda bütün fikrimiz kubok görüşündədir. Həm avrokuboklara vəsiqə, həm də komandanın tarixi baxımından önəmli oyuna çıxacağıq. Çempionatı kənara qoyub, kubok oyunu barədə düşünməyə məcburuq".
 
Baş məşqçi "Zirə"nin praqmatik futbol sərgiləməsi fikirləri ilə razılaşmadığını vurğulayıb: "Bir komandanın fəlsəfəsi praqmatik oyun üzrəində qurulubsa, "Keşlə" ilə kubok matçında elə hücum futbolu oynaya bilməz. Qəti bu fikirlər razı deyiləm. Ümumiyyətlə, mənim fəlsəfəmdə praqmatik futbol yoxdur. Ümumi götürsək, komanda birinci etibarlı müdafiədən qurulmalıdır. İlk növbədə öz qapının qarşısında rəqibə qol imkanı verməməlisən. Rəqib 4-5 qol imkanı yaxalasın, amma sonda biz qalib gələk - mənə belə qələbə lazım deyil. Bu, müvəqqəti uğurdur. Müdafiən etibarlı deyilsə, sabit nəticə qazanan komanda qura bilməzsən. Bir çox oyunlarda topa nəzarətimiz rəqibdən daha çoxdur. Praqmatik oyun sərgiləyən komandanın göstəricisi belə olmur. Ona görə də bu, düzgün fikir deyil. Praqmatik futbolda oyunu əks-hücumlardan qurursan. Bizdə isə belə deyil. Adam hər şeyi deyə də bilmir. Razıyam, bəzi matçlarda oyunu müdafiədən qururuq. Bu da taktiki gedişdir və hər rəqibə şamil olunmur".
 
Sadıqov özünü baş məşqçi kimi hərtərəfli inkişaf etdirmək istədiyini bildirib: "Çünki hər komandaya qarşı fərqli oyun qurmağı bacarmaq istəyirəm. Bəzən böyük klublar da nəticə qazanmaq üçün belə dəyişikliklərə gedirlər. Biz də bəzən belə şeylərə əl atmağa çalışırıq. "Neftçi" və "Qarabağ"ı kənara qoysaq, digər 6 komandanın hansı sabit hücum futbolu oynayır? Bunu heç kim mənə deyə bilməz. Qapımda 5-6 dənə qol epizodu olacaqsa, mən elə hücum futbolu istəmirəm. Çünki bu yolun gələcəyi yoxdur. Amma "Qarabağ" və "Neftçi" bu oyunu oynamalıdır. Biz isə istər məşqçilər, istərsə də futbolçular olaraq, o səviyyəyə gəlməmişik. İnanıram, bu yolun sonunda özümüzü elə inkişaf etdirəcəyik ki, o cür futbol oynayacağıq".
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X