AZAL gün ərzində iki yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, səhər "Şahdağ"ı 5:1 hesabı ilə yenən "təyyarəçilər" günün ikinci yarısında "Sumqayıt"la qarşılaşıb.
Oyun gənclik şəhəri təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın heyətində Pərdis Fərcad-Azad dubl edib.
Qeyd edək ki, AZAL yanvarın 15-də də iki oyun keçirmişdi. "Şuşa"nı 3:0 hesabı ilə yenən "təyyarəçilər" "Qaradağ"a uduzmuşdu - 2:3. "Sumqayıt" da bundan əvvəl "Araz" uduzub (0:1), "Rəvan"la heç-heçə oynayıb (0:0).
Fanat.az