"Qarabağ"ın Antalya toplanışı davam edir. Fanat.az xəbər verir ki, komanda günün yeganə məşqinə yerli vaxtla saat 11.00-da yollanıb.
Hazırlıq prosesi 1 saat 40 dəqiqə davam edib. Fiziki hazırlıq üzərində qurulmuş çalışma sonunda 2 qrupa bölünən komanda futbolla məşqi başa çatdırıb.
Məşqdə zədəli Nikolas Gelaşvili iştirak etməyib. Əvəzində düşərgəyə gec qoşulan braziliyalılar komandayla birlikdə kollektiv çalışmalara qatılıblar.
Qeyd edək ki, "Qarabağ" sabah ilk yoxlama oyununa çıxacaq. Rumıniyanın "Dinamo" (Buxarest) klubuyla matç "İC Santai" otelinin futbol meydançasında baş tutacaq və Bakı vaxtı ilə saat 13.30-da başlayıb.
Fanat.az