Fransa Liqa I-in 35 turunda keçirilən "Monako" - "Lion" oyunundan sonra qalmaqal yaşanıb.
Fanat.Az "RİA Novosti"yə istinadənxəbər verir ki, matçın 70-ci dəqiqəsində "Lion"un futbolçusu Maksens Kakere ikinci sarı vərəqə aldıqdan sonra meydan qovulub.
Bununla da gərginlik daha da artıb və futbolçular arasında qalmaqal yaranıb. Nəticədə oyunun sonunda hakim Kleman Türpen hər iki komandanın bir neçə futbolçusuna qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş "Lion"un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xal sayını 70-ə çatdıran Lion təmsilçisi 4-cü sırada qərarlaşıb. "Monako" isə 71 xalla 3-cü pillədə yer alıb.