"Çətin olacağını bilirdik. Meydan amili öz sözünü dedi. Həm də Ramazan ayında oruc tutan futbolçular var. Vacib 3 xal qazandıq. Növbəti oyuna hazırlaşacağıq".
Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin məşqçisi Vəfadar Quliyev "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.
Cəzalı olduğu üçün jurnalistlər önünə çıxmayan Samir Abasovun 42 yaşlı köməkçisi "Niyə Monroz yox, Laval oynayır" sualına belə cavab verib:
"Biz Lavaldan istədiyimizi lal bilirik. Ancaq Monroza da çox güvənirik. Bu o demək deyil ki, onu meydanda görməyəcəyik".
Fanat.Az