22:33 04.05.2021 759

"İstəyirəm ki, futbolçularımızın əziyyəti yerdə qalmasın"

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Çətin olacağını bilirdik. Rəqib bizdən daha gümrah idi. Buna baxmayaraq, mübarizə apardıq. İlk qol bizi tələsdirdi. Yolumuza davam edəcəyik. Qarşıda üç oyun var, sona qədər mübarizə aparacağıq.
 
- Futbolçularda sanki psixoloji yorğunluq da var idi…
- Fiziki yorğunluq olanda psixoloji çətinliklər də olur. Alınmayanda alınmır. Bədən yorğun olanda aqressiya da olur. Həqiqətən, 3-4 gündən bir oynamaq çətin olur. Bu, bəhanə deyil, dözməliyik. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq.
 
- Camaləddin Xocaniyazovun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiz?
- Məncə, sarı vərəqə çox oldu. Nə olur olsun, meydanda dözmək lazımdır. Bu oyunla iş bitmir. Onsuz da heyətimiz kasaddır. İtkilər bizə problem yaradır. Nəsə alınmayanda, səbrli olmaq lazımdır. İlk dəqiqələrdən sarı vərəqələr çox oldu. Xocaniyazovun ikinci "sarı”sı oyun epizodunda olmamışdı. Meydanda sarı vərəqəli futbolçu çox idi. Risk etməliyik. Bəzi hücumlarımız Camalla alınır. Onu da hücuma qoşmaq istədik. Futbolda belə şeylər olur.
 
- Mövsümü titulsuz başa vursaz, avrokuboklara vəsiqə qazana bilməsəz, əziyyətinizin yerə düşdüyü üçün heyifslənəcəksiz?
- Biz qarşımıza hədəf qoymamışıq ki, mütləq avrokuboklara getməliyik. Mən də istəyirəm ki, futbolçularımızın əziyyəti yerdə qalmasın. Bizi təhlükə gözləyir, avrokuboklara getməyə bilərik. Mən bu çətinlikləri, problemləri bilirdim. Bunu bilə-bilə komandada qalmışam. Büdcəmiz budur, bundan artığını edə bilmərik. Mən də istəyərəm ki, heyət geniş olsun. Ona görə hər zaman deyirəm ki, mənim qarşıma nə vaxtsa şərt qoyulsa, mən də şərt qoyacam. Rəhbərliklə əvvəldən bunları danışmışıq. Mövsümün sonunda avrokuboklara gedə də bilərik, getməyə də. Müqavilə ilə bağlı hələ danışıqlara başlamamışıq. Bütün fikrimiz son oyunlardadır. Mövsüm bitəndən sonra danışacağıq. Alınacaq qalacağıq, alınmayacaq qalmayacağıq.
 
- Kubok, yoxsa Premyer Liqa?
- Kubokun yarımfinalının "Qarabağ”la ilk oyununda sırf Premyer Liqa haqda düşünürdük. Lakin bu oyunun nəticəsi imkan verdi ki, risk edək. Sonra "Zirə”dən xalla ayrıldıq. Kubokun cavab matçında vuruşmalıydıq və alındı, finala yüksəldik. Çempionatda sona 3 oyun qalıb, bunu fikirləşmək məcburiyyətindəyik. Onsuz da kubokun finalı sondadır. Qarşıdakı üç oyunda çox diqqətli olub, mübarizə aparacağıq.
 
- "Qarabağ”ı keçdiyiniz üçün mükafat almalı idiz, verilib? "Keşlə”nin prezidenti Zaur Axundovun komandasına kuboku qazanmağa böyük mükafat vəd etdiyi deyilir...
- Xeyr, hələ mükafat almamışıq. Çempionatın elə dönəmindəyik ki, futbolçuların motivasiyası qalxmalıdır. Bizə də söz verilib, inanırıq ki, rəhbərlik son oyunlarda futbolçulara motivasiya verəcək. Digər klublar haqda danışmaq istəmirəm.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X