Azərbaycan Premyer Liqasının 25-ci turunun "Sumqayıt” – "Sabah” matçı "Sabah”ın gənc futbolçusu Abdulla Xaybulayev üçün əlamətdar olub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Sabah”ın 2:0 qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb. Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.
Qeyd edək ki, "Sabah” Premyer Liqada 5-ci sıradadır.
Fanat.Az