"Sumqayıt"la oyunda əsas futbolçularımızdan olan Elmin Çobanov zədələndi. O, bizim üçün vacib futbolçudu. Çünki “Araz”ın heyətində ən çox meydana çıxan dörd futbolçudan biridi. Komandaya baxışa çağırdığımız 2 futbolçu isə məşq prosesində zədələnib. Məşqlər zamanı da zədələnmələr qaçılmazdı". Fanat.az xəbər verir ki, bu sözləri "Araz"ın həkimi Sədrəddin Məmmədov deyib.
Klubun rəsmi "Facebook" səhifəsinə açıqlama verən həkim hər üç futbolçunun tezliklə sağalmasına çalışdıqlarını bildirib: "Hazırda onlar bərpa prosesi keçirlər, hər biri individual olaraq məşq edir. Yanvarın 22-də AZAL-la yoldaşlıq matçımız var və çalışıram ki, bu oyuna qədər hər üç futbolçu komandaya qoşulsun. Həmçinin komandamızın əsas zədəlilərindən biri də Mikayıl Rəhimov idi. Mən 5 ay əvvəl komandaya dəvət olunmuşam. O zamandan bilirdim ki, Mikayıl zədəlidi, sol ayağında problem var. Amma qarşımıza qoyulan hədəf bəlli olduğundan, Mikayıl isə komandamızın aparıcı üzvlərindən biri olduğuna görə müalicəsini bir müddət yubatmalı olduq. Artıq İstanbulda müalicəsini başa vuran Rəhimov geri dönüb və keçdiyi müalicə kursu məni qane edir, nəticə göz qabağındadı. Bu gündən etibarən artıq komanda ilə birgə məqşlərə başlayıb. Buna baxmayaraq yay fasiləsində Mikayılı yenidən İstanbula yollayacağıq ki, müalicəsini tam başa vursun. Bu vacib amildi".
Fanat.az