12:40 11.05.2021 1176

"13 ay məşqsiz qalmaq çox çətindir" - Millimizin kapitanı

Avropa Çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası yer aldığı F qrupunda artıq üç görüş keçirib. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I dövrənin görüşlərində yığmamız Monteneqro (1:3), Gürcüstan (3:0) və Yunanıstan (3:0) seçmə komandaları ilə üz-üzə gəlib. 

Bir neçə gün sonra isə millimiz II dövrənin oyunları çərçivəsində bu rəqiblərlə yenidən münasibətlərinə aydınlıq gətirəcək. 

Məlum məsələdir ki, koronavirus pandemiyası səbəbindən idmançılarımız uzun müddət yarışlardan uzaq qalıblar. Məşqlərdən kənar qalmaq onlara fiziki cəhətdən təsir etdiyi üçün bunun nəticəsi oyunlarda da özünü büruzə verir. Bunu millimizin üzvləri Fanat.az-a danışarkən bildiriblər. 

 


Yığmamızın voleybolçusu Elmin Alışanov geridə qalan 3 oyunu belə dəyərləndirib:
 
"Pandemiya səbəbilə 13 aydır idman zalları bağlıdır və bu müddətdə məşqsiz qalmışıq. Təsnifat mərhələsinin oyunlarına hazırlaşmaq üçün çox az vaxtımız oldu. 20 günlük təlim-məşq toplanışından sonra Gürcüstana yollandıq. Bundan əlavə, komandanın tərkibində dəyişiklik olub, heyət cavanlaşdırılıb. İlk oyunumuz Monteneqroya qarşı oldu və 1:3 hesabı ilə məğlub olduq. Bunları nəzərə alsaq, əslində çox yaxşı oyun göstərdik. Bütün setlər gərgin mübarizə ilə keçdi. Növbəti görüşdə meydan sahibi Gürcüstana 3:0 hesabı ilə qalib gəldik. I dövrənin son oyununda isə yunanlara 0:3 hesabı ilə məğlub olduq. Bu matçda da bacardığımız qədər yaxşı oynamağa çalışdıq. Ancaq məlum məsələdir ki, rəqib komandaların oyunçuları bizdən fərqli olaraq pandemiya dövründə həm məşq ediblər, həm də yerli çempionatda oynayıblar. Hazırda komandamızda atmosfer çox yaxşıdır. Məşqlərimiz də qaydasındadır. Yeni baş məşqçimiz Pərviz Səmədov da təsnifat mərhələsinə hazırlıq üçün qısa müddət ərzində əlindən gələni edir". 
 


Azərbaycan millisinin kapitanı Tural Həsənli Fanat.az-a açıqlamasında karantin səbəbindən 1 ildən artıq vaxt məşqsiz qalmağın onlara necə təsir etdiyini belə izah edib:

"Bütün dünyada olduğu kimi, pandemiya bizdə də çətinliklər yaratdı. 13 ay məşqsiz qalmaq çox çətindir. Yarışa 2 həftəlik təlim-məşq toplanışından sonra gəlmişik. 13 aylıq aradan sonra 2 həftəlik məşq prosesi ilə peşəkar idmançılar sadəcə sahib olduqları bədəni formada saxlamağa çalışırlar. Hazırda bütün heyətin üzvlərində bədən ağrıları var. Çünki 13 ay ərzində məşq etmək şansımız olmayıb. Əvvəlki formaya qayıtmaq üçün 3-4 aylıq məşq lazımdır. Əvvəlki gücümüzü bərpa etmək üçün isə xeyli müddət gərəkdir. Nəzərə almaq lazımdır ki, peşəkar idmançılar üçün bədəni bərpa etmək çətindir. İndiki şərtlərdə yalnız sahib olduğumuz standart formanı saxlamağa və bu ağrılarla nəsə etməyə çalışırıq. İnşallah, hər şey yaxşı olar. Qarşıda II dövrənin oyunları var. Oyunlar Monteneqroda olacaq. Komandamızdan çox şey gözləyirik. I dövrədən daha yaxşı nəticə əldə etmək istəyirik. Monteneqro və Yunanıstanda çempionat dayanmamışdı və oyunçuların çoxu xarici ölkələrdə oynayırdı, bizdə isə qapanmalar oldu, məşq etmək belə alınmadı. Ona görə bizim üçün daha çətindir. Amma ümumilikdə komandada atmosfer çox gözəldir. Məqsədimiz qələbə, seçmə mərhələdə uğurla çıxış etməkdir. İnşallah, bunun üçün də çalışacağıq".

Qeyd edək ki, Avropa Çempionatının təsnifat mərhələsində II dövrənin oyunları çərçivəsində F qrupunda yer alan millimiz 14 mayda Monteneqro, 15 mayda Yunanıstan, 16 mayda isə Gürcüstan yığması ilə qarşılaşacaq. 

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X