13:40 12.05.2021 1429

"Formaya düşmək çox çətin olur" - Azərbaycanlı basketbolçu

Azərbaycanın tanınmış basketbolçusu, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, "Zirvə-Astara" klubunun kapitanı Zaur Paşayevin Fanat.Az-a müsahibəsi 

- Zaur bəy, ölkəmizdə basketbolun inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Basketbolumuzun inkişaf səviyyəsi elə də pis deyil. Ölkəmizdə basketbola maraq böyükdür. Pandemiyadan əvvəl maraqlı çempionat gedirdi. Təəssüflər olsun ki, koronavirus dünyada idman yarışlarının dayandırılmasına səbəb oldu. Azərbaycanda demək olar ki, bir ildən çoxdur zallar bağlıdır, ancaq açıq havada məşqlərə icazə verilir. Ona görə də çempionatımız da hələ də fasilədir. 

- Hər halda bu vəziyyət idmançılara həm fiziki, həm də psixoloji mənfi təsir göstərir... 
- Əlbəttə. Sadəcə yığma komanda üçün pis deyil, bütün yeniyetmə, gənc idmançılara mənfi təsir edir. 1 ay məşqdən qalan potensial idmançı o 1 ayın yerini 4-5 aya doldura bilmir. Formaya düşmək idmançı üçün çox çətin olur. 

- 13 aylıq fasilə idman sahəsində çalışanlara həm fiziki, həm də maddi zərər vurdu. Bir çox idmançılar əməkhaqqı ala bilmədiklərini bildirdilər. Hətta bir çoxları özlərinə başqa iş yeri axtardılar. Basketbolda vəziyyət necədi? 
- Bəli, maliyyə baxımından nəinki idmançılar, çox insanlar əziyyət çəkdir. Amma nə etmək olar? Xəstəlik bütün sahələri zəbt etdi. Klubların demək olar ki, hamısı bağlandı. Bildiyiniz kimi, çoxu özəl şirkətlər idi. Hətta aralarında müflis olanlar da oldu. İnşallah, bu mövsüm zallar açılsa, yenə də çalışacağıq sponsorlar cəlb edib, komandalar yaradıb, çempionatı yenidən bərpa edək. 

- Basketbol çox məşhur idman növləri sırasındadır. NBA dünyanın hər bir yerində izlənir. Ancaq Azərbaycanda istər idmansevərlər, istərsə də idman mətbuatı yerli basketbola az maraq göstərir. Futbolumuzda elə də yüksək inkişaf olmasa da, ölkə çempionatından hamı narazı olsa da, yenə də izlənir, müzakirə olunur. Ancaq basketbolumuz o qədər də məşhurlaşmır. Sizcə, bunun səbəbi nədir? Mentalitetimizə yad idman növüdürmü, yoxsa piarı güclü aparılmır? 
- Düzdür, futbol qədər deyil, amma bilirəm ki, Azərbaycanda basketbolu da sevənlər çoxdur. Bundan sonra da basketbolun inkişafı üçün əlimizdən gələni edəcəyik ki, basketbolumuz yüksək səviyyəyə qalxsın, daha da sevilsin. 2012-2013-cü illərdə yığma komandamız Avropa seçmələrinda iştirak edəndə, oyunlara yetərincə insan gəlirdi. İnşallah, 3-4 ilə Azərbaycan basketbolu gözəl səviyyəyə qalxacaq.

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X