İngiltərənin iki təmsilçisi - "Mançester Siti” ilə "Çelsi” arasında keçiriləcək Çempionlar Liqasının final matçının məkanı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Portuqaliyada keçiriləcək. Mayın 29-da baş tutacaq final Portu şəhərindəki "Draqao” stadionunda olacaq.
Final matçına hər klub üçün 6000 bilet veriləcək. Ümumilikdə, həlledici oyunda 12 min azarkeş canlı baxacaq.
Çempionlar Liqasının final matçının daha əvvəl Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılırdı. Bu ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən oyuna ev sahibliyi Portuqaliyaya verilib.
Fanat.Az