21:49 14.05.2021 838

"Hondanın ehtiyatda qalmasının planla əlaqəsi yox idi" - Samir Abasov

"Çox önəmli oyun idi bizim üçün. Çünki qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün sevinirik”.

Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda "Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Abasov bildirib ki, komandasının qol epizodlarını qaçırması onu narahat edir: "Oyunun sonunda komandamızda panika var idi. Bu da normal idi. Çünki rəqib qol vurmaq istəyirdi. Məni narahat edən məqam odur ki, yaxaladığımız qol şanslarını dəyərləndirə bilmirik. Halbuki bu gün 2-ci, 3-cü qolu vurmaqla oyunun taleyini daha tez həll etmək olardı. Artıq son oyuna hazırlaşacağıq”.

"Neftçi”nin baş məşqçisi Keysuke Hondaya bugünkü oyunda şans verməməsinin səbəbini belə izah edib: "Qarabağ”ın oyunun nəticəsindən xəbərim yox idi. Yalnız qarşılaşma başa çatandan sonra bildim ki, qələbə qazanıblar. Yəni Hondanın bugün ehtiyatda qalmasının planla heç bir əlaqəsi yox idi. Sadəcə ardıcıl süni örtüklü meydanda 2 oyun keçirmişdik və Honda ağrılardan şikayətlənirdi. Ona görə də bugünkü matçda onu qoruduq”.

Abasovun fikrincə, hücumda aktiv, müdafiədə isə diqqətli olmaq lazımdır: "Bakcell Arena”da Namik Ələskərov vura bilməmişdi, bu gün isə Stiven Monroza ümid edirdik. Plan topu rəqibə vermək və necə oynayacağını görmək idi. Çünki bilirdik ki, "Sumqayıt da udmalı idi. 3 müdafiəçinin üstünə getməyək. Ən yaxşısını etdik və qalib gəldik. Həyəcan siqnalı yoxdur. Buna vaxt da yoxdur. Xoş haldır ki, qol epizodları yarada bilirdik. Əvvəl bu baxımdan problem var idi. İndi vəziyyət dəyişib. Heç həyəcanlanmırıq. "Qarabağ”la oyunda bu qədər qol imkanımız olmayacaq”.

Baş məşqçi "Qarabağ”la keçirəcəkləri son turun önəminə də diqqət çəkib: "Mən həmişə rahat yatıram. Sadəcə, "Qarabağ”la qarşılaşma həyatımızın son oyunu qədər vacibdir”.

Abbasov "Qarabağ”la oyunda əcnəbi baş hakimin dəvət edilməsinə ehtiyac duymadığını vurğulayıb: "Məncə, bu, mənə aid sual deyil. Son turda belə qərar vermək düz olmaz. Hakimlərimizə inanmalıyıq. Onlar avrokuboklarda, Avropa Liqasının qrup mərhələsində oyun idarə edir, bu cür qarşılaşmalarla bişirlər. Öz hakimlərimizə etibar edərdim”. 
 
Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X