17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Ege Kuboku” turnirində bu gün ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, Yunanıstana qarşı keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşıb. Amin Seydiyev 18-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün yığmamız oyunu azlıqda başa vurmalı olub.
Futbolçularımızın mübarizə apardığı A qrupunun dugər matçında da qalib müəyyənləşməyib - Türkiyə və Ukrayna komandalarının qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Yığmamız turnirdə növbəti oyununu sabah - yanvarın 21-də, Bakı vaxtı ilə saat 16.30-da Türkiyəyə qarşı keçirəcək.
Fanat.az