Serbiyanın paytaxtı Belqradda bu il kişi boksçular arasında keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib.
Fanat.Az AİBA-ya istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar çətin durum olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən də mundialın oktyabrın 26-da start götürüb və noyabrın 6-da başa çatdırılması qərara alınıb.
Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2023-cü ildə isə mundiala Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.
Fanat.Az