Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, "Real”ın hücumçusunun adı 6 illik fasilədən sonra Didye Deşam tərəfindən 26 nəfərlik heyətə salınıb.
2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunmuş və bu qalmaqal üzündən Fransa yığmasından uzaqlaşdırılmışdı.
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Fanat.Az