00:40 20.05.2021 1135

"Neftçi"nin adı min Samirdən yüksəkdir"

"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, Abasov, 1:0 hesabıyla qələbə qazanaraq, çempion olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Çempionat ərzində çox danışmışıq. Bu gün artıq sözlər tükənib. Azarkeşlərimizin bizə inamı möhtəşəm idi. Bütün camiəmizi təbrik edirəm. Bu cür azarkeşi olan komanda axır-əvvəl nəticə verməlidir. Komandanı yeni qurmuşuq. Bu çempionluq olmaya da bilərdi. Gördüyümüz iş onu göstərdi ki, düzgün yoldayıq. Hər kəsi təbrik edirəm. Gözdə görünməyən insanlar var ki, onların da bu çempionluqda rolu böyükdür. Məşqçilər və futbolçular göz qabağındadır. Lakin görünməyənlər də var ki, uğurumuzda böyük pay sahibidirlər. Bu çempionluq məndən çox onların haqqıdır. Futbolçuların valideynlərinə təşəkkür edirəm ki, bu cür çempion ruhlu futbolçular yetişdiriblər. Biz bu gün bir strukturu məğlub etdik. "Qarabağ"ın çox yaxşı strukturu var. Onlara uğurlar arzu edirəm. Onlara qurduğu strukturlara görə, rəqabətə görə təşəkkür edirəm. Bu ilin komandası biz idik.
 
- "Neftçi" bu heyətlə davam edəcək, ya yeni transferlər olacaq?
- Özümüz məşqçilərlə planlar qurmuşuq, lakin hələ rəhbərliklə danışmamışıq. Yolu rəhbərlik müəyyən edəcək, 2-3 gündən sonra danışacağıq. Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etmək üçün heyətimiz yetərli deyil. Bir baş məşqçi kimi əlimdən gələni edəcəm. İnanıram ki, yaxşı olacaq.
 
- Penalti epizodları ilə bağlı fikirləriniz nədir?
- Qələbəmizə belə epizodlarla kölgə salmaq istəmirəm. Bir epizodda topun yerdə futbolçumun əlinə dəydiyini gördüm, lakin penalti olub-olmadığını bilmirəm. Ancaq Xaymenin epizodunu dəqiq deyə bilmərəm. Qıraqdan görünən o idi ki, orda penalti yox idi. Dəqiq baxdıqdan sonra nəsə deyə bilərəm.
 
- Siz komanda olaraq "Qarabağ"a qalib gəldiz, yoxsa Qurban Qurbanova?
- "Qarabağ"da illərdir qurulan bir struktur var. Mənim Qurbanla rəqabətim yoxdur, klublarım aralarındakı rəqabət var. "Neftçi"nin adı min Samirdən yüksəkdir.
 
- Komandaya gələndə ilk nəyi dəyişdiz?
- Ölmüş komandanı götürüb, nəsə etmək çox çətin olardı. İlk olaraq futbolçularda özlərinə inamı yaratmaq lazım idi. Bunu bacardıq. 0:6-dan sonra komandada məyusluq var idi, vəziyyəti düzəltmək lazım idi. Biz çətin sınaqdan çıxmışıq. Uşaqlar böyük iş gördülər.
 
- Bu matçda nisbətən sakit qalmağınız nə ilə bağlı idi?
- Hər iki komanda bir-birindən ehtiyatlanırdı. Açıq futbol oynayıb, rəqibə boşluqlar verə bilməzdik. Bəzi epizodlarda tez top itirdiyimiz üçün əsəbiləşirdim. Sona yaxın bəzi dəyişikliklər etdik. Bu gün nəsə çox rahat idim, içimdə inam var idi ki, çempion olacağıq.
 
- Aqilin səhv etdiyi epizod qolla nəticələnsəydi, necə reaksiya verəcəydiz?
- Bilmirəm, bəlkə də bu sevinc olmayacaqdı.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X