13:29 20.05.2021 863

"Neftçi" çempionluğa ac idi" - Sadıq Sadıqov

"Neftçi" futbol klubunun keçmiş prezidenti Sadıq Sadıqovun müsahibəsi

- "Neftçi"nin 8 ildən sonra Azərbaycan Premyer Liqasının qalibi olması barədə nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki?! Sevincimizin həddi-hüdudu yoxdur. Mən də bu cameənin, "Neftçi" ailəsinin üzvüyəm. Həmişə "Neftçi" bizim diqqət və nəzərimizdə olub. Yenə də olacaq. Bütün "Neftçi" cameəsini, ailəsini ürəkdən təbrik edirəm. Axır kı 8 ildən sonra çempionluğu əldə etdik, "Qarabağ"ın 7 mövsümlük hegemonluğuna son qoyuldu. Futbolun da gözəlliyi bundadır. "Neftçi" göstərdi ki, Azərbaycan futbolu inkişaf edir və bundan sonra da inkişaf edəcək. Çox əzmkar qələbə qazandılar. "Qarabağ"ı məğlub edərək, 9-cu çempionluqlarını qeyd etdilər. Bir daha bütün "Neftçi"sevərləri, komandanın azarkeşlərini, bütün Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, "Neftçi" öz keçmiş tarixini geri qaytaracaq, Çempionlar Liqasında və avrokuboklarda flaqmanın tarixi komanda olduğunu sübut edəcək, uğurlu oyunları ilə azarkeşlərini, Azərbaycan xalqını sevindirəcək.

- "Neftçi" 2013-cü ildə qazandığı son çempionluğun ardından sonra cəmi bir titul qazanmışdı. O da elə sizin klub prezidentliyiniz dövrünə təsadüf edən Azərbaycan Kuboku idi. Komandanın uzun müddət titula həsrət qalmasının səbəbini nədə görürdünüz?
- Bu, idman oyunudur. Futbolda hər şey olur. "Neftçi"də 7 il ərzində baş məşqçi və prezident dəyişikliyi olub. Kimsə harasa uğur qazanmaq üçün gəlir. Bunlar da istəyirdilər ki, hər zaman uğur əldə etsinlər. Amma alınmırdı. Orada bəzi səbəblər var idi. Ola bilsin, komandadakı oyunçular nəyə görəsə bir qədər az əziyyət çəkirdilər, alındıra bilmirdilər. Amma hazırkı heyətin tərkibinə baxanda görmək olur ki, yaxşı legionerlər götürüblər. Samir Abasov da xaraktercə çılğın baş məşqçidir. O, həmişə qələbə qazanmaq istəyir. "Sumqayıt"da işlədiyi vaxt da bunu görmüşük. Heyəti analiz edəndə inanırdım ki, "Nefçi" bu mövsümü qalibiyyətlə bitirəcək. Komanda çempionluğa ac idi. "Qarabağ" dünənki oyuna ardıcıl 7 ilin çempionu kimi çıxmışdı. "Neftçi" isə çempionluq üçün həddindən artıq istəkli idi və buna da nail oldu. Qurban Qurbanovu da təbrik edirəm. Vallah, onun böyük ürəyi var. Çıxdı, rəqibi təbrik, məğlubiyyəti qəbul etdi. İki baş məşqçi arasındakı gözəl münasibət bir daha futbolumuzun yaxşı gələcəyindən xəbər verir.

- "Neftçi"dən Çempionlar Liqası üçün gözləntiləriniz nədir?
- Heyət tam formalaşıb. Məşqçilər heyəti çox gözəl dərk edirlər ki, nə etmək lazımdır. Özünüz bilirsiniz ki, hazırda pandemiya baş alıb gedir. Hər şeyi vaxtında etmək mümkün deyil. Bəzi qaydalar var ki, onlara mütləq riayət edilməlidir. Müəyyən çətinliklər var. Əvvəllər istənilən klub Türkiyəyə, Avstriyaya təlim-məşq toplanışına yollanır, xaricdə çox güclü və səviyyəli komandalarla yoxlama oyunları keçirirdilər. Amma indi bunları etmək çətindir. Bütün dünyada xəstəlik var. Samir müəllim heyəti bir az gücləndirməlidir. Ondan sonra inanıram ki, "Neftçi" Çempionlar Liqasının qrupuna düşə bilməsə də, Avropa Liqasında öz sözünü deyəcək. Kollektivi həvəsləndirərək, güclü təlim-məşq toplanışları sayəsində uğur qazanmaq olar. Mən də bilirəm ki, hazırlıq prosesi ilə bağlı məsələlər çox həssas və ciddidir. Buna baxmayaraq, Türkiyənin bəzi şəhərləri təlim-məşq toplanışlarına açıqdır. Digər xarici ölkələri deyə bilmərəm. Biz yay toplanışını əsasən Avstriyada keçirirdik. Xaricdə hazırlıq prosesi, hansısa komandalarla yoxlama oyunları olsa, "Neftçi" uğur qazanacaq. Amma daxili toplanışlarda oynayacağınız komandalar bəllidir. 8 komanda ilə çempionatda da üz-üzə gəlirlər, bir-birilərini çox yaxşı tanıyırlar. Başqa komanda ilə qarşılaşsalar, inkişafları artacaq. "Neftçi" uzun müddətdir Çempionlar Liqasında iştirak edə bilməyib. Məhz bu səbəbdən, kənarda 15-20 günlük hazırlıq prosesi olsa, super alınar və "Neftçi" Çempionlar Liqasında öz sözünü deyər.

- Müqaviləsi bitən Keysuke Honda ilə bağlı fikirləriniz necədir: "Neftçi"də qalmalıdırmı?
- Onun komandaya gəlişi ilə bağlı bir söz deyə bilmərəm. Kollektivə qoşulması Tokio Yay Olimpiya Oyunlarına az qaldığı dövrə təsadüf etdi. Hazırda Azərbaycan Cüdo Federasiyasında vitse-prezident vəzifəsini yerinə yetirirəm. Bütün fikrimiz olimpiadaya yönəlib. Hondanın komandadakı taleyi ilə bağlı məlumatım yoxdur. Ad olaraq yaxşı futbolçudur. Bizim dövrümüzdə komandaya Emil Mpenza transfer olunmuşdu. O da gələndə bizi alqışlayırdılar ki, səviyyəli futbolçu götürmüsünüz. Lakin Mpenza özünü doğrultmadı və bir çox söz-söhbətlər yarandı. Özbaşına klubun düşərgəsini tərk etdi, amma adını qoydular ki, "Neftçi" onu qovdu. İndi də Mpenzadan sonra "Neftçi" o səhvi Hondanın üstündə aparmaz. Yaponiyalı legionerlə müqavilə mövsümün sonunadək bağlanılıb. Klub rəhbərliyi, yəqin ki, sözləşmənin uzadılıb-uzadılmayacağını bilir.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X