Azərbaycanın daha bir hakimi Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyacaq.
Fanat.Az-ın məlumatına görə, karate idman növünün ardınca güləşdə də referimizin olacağı dəqiqləşib.
Dünya Güləş Birliyi (UWW) Olimpiadada ədaləti qoruyacaq hakimlərin siyahısına l-S kateqoriyalı Asif Şirəliyevi də daxil edib.
Onadək isə Oyunların karate yarışlarında Cahangir Babayevin referi olacağı rəsmiləşmişdi.