“Qarabağ”ın Türkiyə hazırlıqlarına daha bir futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, bu, hollandiyalı Leroy Corcdur.
26 yaşlı futbolçu Hollandiyanın NEK klubundan gəlib. O, 3 il ərzində Neymegen təmsilçisində 81 oyun keçirib və 11 qola imza atıb. Tam adı Leroy Martin Covanni Corc olan hücumçu bundan öncə “Utrext”də çıxış edib.
Hollandiya U-20 və U-21-lərində çıxış etmiş Corc 2009-cu ildən doğulduğu Surinamın əsas yığmasının xeyrinə qərar verib. Futbolçu vinger olduğundan onun “İnter”ə getmiş Vaqif Cavadovun çıxış etdiyi hücumun solunda oynayacağını proqnozlaşdırmaq olar.
Qeyd edək ki, hazırda “Qarabağ”ın düşərgəsində gürcü Nikoloz Gelaşvili və konqolu Ulriş Kapolonqo da məşq edir.
İdman24.az