17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Ege Kuboku” turnirində bu gün ikinci oyununu keçirib. Fanat.az xəbər verir ki, Türkiyə ilə qarşılaşan yığmamız 1:7 hesabı ilə məğlub olub. Komandamızın oyundakı yeganə qolunu Qara Qarayev vurub.
Qeyd edək ki, Mirbağır İsayevin yetirmələri ilk turda Yunanıstanla qolsuz heç-heçə etmişdi. Komandamız turnirin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukraynaya qarşı keçirəcək. Millimiz 3-cülük uğrunda yarışmaya qatılmaq üçün mütləq slavyanlara qalib gəlməlidir.
Türkiyə - Azərbaycan 7:1
Qollar: Buğracan Kırmızıtaş, 3. Muhammed Yeşilyurt, 39. Kadir Kaan Özdemir, 57. Yusuf Yalçın Arslan, 65. Recep Eren Karabacak, 67; 69; 73 - Qara Qarayev, 24.
Türkiyə: Mehmet Aşcı, Resul Türkkalesi, Yusuf Yalçın Arslan, Mahmut Emin Kabul (Seydi Kayasoy, 51), Haktan Karabulut (Furkan Ödemiş, 71), Kadir Kaan Özdemir (k), Sait Öner, Atakan Rıdvan Çankaya (Cengizhan Akgün, 64), Buğracan Kırmızıtaş (Mücahit Can Akçay, 51), Muhammed Yeşilyurt (Recep Eren Karabacak, 64), Orhan Çekdar (İbrahim Demirbağ, 41).
Azərbaycan: Süleyman Suleymanov (k) (Elnur Orucov, 62), Emil Əliyev, Elvin Dəmirov, Adəm Əsgərov (İsmayıl İbrahimli, 67), Rövlan Muradov (Camal Camalov, 67), Baxşəli Baxşəliyev (Ruslan Hacıyev, 56), Qara Qarayev (Nurlan Quliyev, 67), Şacıağa Hacılı (Fərid Nəbiyev, 41), Ruslan Mirzəliyev, Tural Əhmadov (Ceyhun Muxtarlı, 26), Turan Manafov.
Sarı vərəqələr: Elvin Dəmirov, 40. Turan Manafov, 63.
Hakimlər: Lütfü Tomuş, Ömer Çabuk, Can Dişbudak, Erdem Temel.
Salihli Ramiz Turan stadionu.
Fanat.az