Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda I Divizionun XXVII turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub:
"Kəpəz” – "Sabah-2” oyununda "Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
"Qarabağ-2” – "Qaradağ Lökbatan” oyununda "Qarabağ-2” komandasının 15 nömrəli futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir;
"Qarabağ-2” – "Qaradağ Lökbatan” oyununda "Qarabağ-2” komandası oyun protokolunu gecikdirdiyi üçün 80 manat cərimələnir;
"Qaradağ Lökbatan” klubu oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün "Qaradağ Lökbatan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimələnir;
"Zaqatala” – "Neftçi-2” oyununda "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Fanat.Az