Millimizin Belarusla yoldaşlıq oyunu azarkeşlərlə keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyası məlumat yayıb. Artıq biletlərin satışa çıxarıldığı bildirilib.
Belarusun paytaxtı Minskdəki "Dinamo” stadionunda keçiriləcək oyun üçün biletlər artıq satışa çıxarılıb.
Qeyd edək ki, görüş iyunun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Fanat.Az