İspaniya Sequndasında 41-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Las Palmas”a 2:3 hesabıyla yenilib.
İsrafilov sonadək ehtiyatda qalıb.
41 oyuna 38 xal yığan "Albasete” 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Mövsümün sonuna bir tur qalmış bu komandanın Sequndanı tərk edəcəyi dəqiqləşib.
Fanat.Az