"Zirə” klubu üç futbolçu ilə yolları ayırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Elvin Camalov, Rodriqo Bonqonqui və Mateus Albino ilə klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
"Zirə”dən ayrılan Elvin Camalov "Sabah”la müqavilə imzalayıb.
"Qartallar” bundan əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla vidalaşmışdı.
Fanat.Az