00:32 28.05.2021 721

Şenol Güneş: "Azərbaycanın bu qədər hücuma çıxacağını gözləmirdik"

Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş bu gün Azərbaycan yığmasına qarşı Alanyada keçirdikləri yoldaşlıq oyunundan danışıb.
 
Fanat.Az xəbər verir ki, türk mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Milliyə yeni çağırılan və az şans qazanan futbolçularımızı iş başında görmək istəyirdik. Futbolçular hələ istirahət ab-havasındadırlar. Bəzi oyunçularla bağlı risk etmək istəmirik, bəzilərinin də reaksiyasını görmək istəyirik. Müdafiədəki oyunçularımızı dəyişdirmək istəmədik. Səhvlərimiz, çatışmazlıqlarımız var, amma qələbə qazanmağımız gözəl oldu. Bəzi oyunçulara istirahət verəcəyik”.
 
O, Azərbaycan yığması barədə də danışıb: "Azərbaycan yığması yaxşı komandadır. Asan məğlub olmurlar. Bizə çətin anlar yaşatdılar, təhlükəli hücumlara çıxdılar. Səhvlərə yol verdik. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Ötürmələrdəki səhvlərlə yanaşı, fərdi səhvlər də var, bunları aradan qaldırmalıyıq. Uels və İsveçrə ilə oyunlar çox fərqli olacaq”.
 
Baş məşqçi Türkiyə millisinin tarixi ilkə imza atdığını vurğulayıb: "224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq”.
 
Güneş bu oyunda zədələnən qapıçı Altay Bayındır və yarımmüdafiəçi Halil Akbunarın durumuna da toxunub: "Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. Halilin ayağından aldığı zərbə ilə əlaqədar problemi var. Ümid edirəm ki, ciddi deyil. Altayın zədəsi isə yüngüldür. İkisi üçün də keçmiş olsun”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X