Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı bombardiri bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu adı "Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haaland qazanıb.
20 yaşlı norveçli futbolçu bu mövsüm 8 matçda 10 qol vurub.
Qeyd edək ki, başa çatan mövsümün qalibi "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edən "Çelsi" komandası olub.
Röya