"Mançester Siti” və "Çelsi" komandaları arasında keçirilən Çempionlar Liqasının final matçının ən yaxşı futbolçusu məlum olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante layiq görülüb.
30 yaşlı fransalı həlledici görüşdə parlaq çıxışı ilə hər kəsin rəğbətini qazanıb.
Qeyd edək ki, "Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edən "Çelsi" Çempionlar Liqasının qalibi olub.
Röya