ABŞ-ın USL liqasında növbəti turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" də çempionat matçına çıxıb.
Dadaşovun komandası səfərdə "Sakramento Repablik"i 1:0 hesabıyla yenib. 90 dəqiqə meydanda olan Rüfət görüşün ilk yarısında sarı vərəqə alıb.
12 xala malik "Finiks" turnir cədvəlinin lideridir.
Fanat.Az