Azərbaycan və Moldova arasında Kişinyovda keçiriləcək yoldaşlıq görüşünə azarkeşlərin buraxılacağı dəqiqləşib.
Fanat.Az Moldova Futbol Federasiyasına istinadən xəbər verir ki, artıq oyuna bilet satışı başlayıb.
Tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verilib.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda keçiriləcək.
Fanat.Az