Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün iştirakçıları təsdiqlənib.
Fanat.Az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi bu gün keçirilən videokonfrans formatında iclasında növbəti mövsümün də 8 klubun iştirakı ilə baş tutmasını qərara alıb.
Həmin komandalar 2020/21 mövsümündə elitada çıxış edənlər olacaq. AFFA İcraiyyə Komitəsi I divizion klublarından heç birinin Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinlikləri nəzərə alaraq, analoji qərar verib.
Həmçinin vurğulanıb ki, 2021/22 mövsümündən başlayaraq isə I divizionda çıxış edən ən azı 2 kluba 2022/23 mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılsın. Klublar sponsor tapılmasında çətinliklər yaşadığı üçün bu öhdəliyi assosiasiya öz üzərinə götürüb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol