Ötə axşam Avropanın bir sıra milli komandaları yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması Minskdə Belarusa 2:1 hesabıyla qalib gəlib. DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərimizdən olan Lüksemburq səfərdə Norveçə uduzub.
Fransa yığması Uelsi böyük hesabla udub. İngiltərə Avstriya ilə oyunda minimal hesabla üstün olub. Almaniya yığması isə Danimarka ilə heç-heçəyə razılaşıb.
Yoxlama oyunları
2 iyun
Belarus - Azərbaycan 1:2
Qollar: Maksim Skaviş, 56 - Bədavi Hüseynov, 73. Ramil Şeydayev, 90+1.
Bosniya və Herseqovina - Monteneqro 0:0
Norveç - Lüksemburq 1:0
Qol: Haaland, 90+2.
Niderland - Şotlandiya 2:2
Qollar: Depay, 17. Depay, 89 - Hendri, Nisbet, 64.
Rumıniya - Gürcüstan 1:2
Qollar: İvan, 78 - Mikautadze, 61. Aburjania, 71.
İngiltərə - Avstriya 1:0
Qol: Saka, 57.
Almaniya - Danimarka 1:1
Qollar: Nehaus, 48 - Poulsen, 71.
Fransa - Uels 3:0
Qollar: Mbappe, 35. Qrizmann, 48. Dembele, 79.