20:21 05.06.2021 674

Milli futbolçularımız Moldova ilə matçdan danışdılar

Azərbaycan milli komandasının üzvləri Abbas Hüseynov, Namiq Ələsgərov və Rüstəm Əhmədzadə sabah Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan danışıb.
 
Fanat.Az xəbər verir ki, onlar AFFA-nın rəsmi saytına açıqlamada bunları söyləyiblər:
 
Abbas Hüseynov: "Komandada çox gözəl ab-hava var. Baş məşqçinin tapşırıqlarına əsasən təlim-məşq toplanışımız davam edir. Təcrübəli çalışdırıcıdır. Onun bizdən tələb etdiyini meydanda icra etməyə çalışırıq. Artıq iki oyun keçirmişik. Ayrı-ayrılıqda dəyərləndirsək, Türkiyəyə qarşı çox yaxşı oynadıq. Hətta ən yaxşı oyunlarımızdan biri olduğunu qeyd edə bilərəm. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Belarusla oyunda sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq. Sevindirici haldır ki, ikinci oyunda qələbə qazandıq. Moldova ilə oyuna da eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirsək, inanıram ki, sabahkı oyundan da qalib ayrılacağıq. Bu cür qələbələr komandada qələbə ruhunu artırır. Qalib gəlmək futbolçunun özünəinam hissini artırması baxımından önəmlidir. Ümumiyyətlə, bu yoldaşlıq oyunları millinin seçmə mərhələdəki oyunlarına müsbət mənada öz təsirini göstərəcək”.
 
Namiq Ələsgərov: "Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu. Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır. Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür sabahkı oyunu analız edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm”.
 
Rüstəm Əhmədzadə: "Hər futbolçu kimi, mən də ilk dəfə milliyə dəvət alanda yaxşı mənada təəccübləndim. Məni burada çox yaxşı qarşıladılar. Komandada çox yaxşı ab-hava var. Həm meydanda, həm meydandan kənarda hamının dəstəyini hiss edirəm. Sevinirəm ki, bu komandanın bir üzvüyəm. Belarusla oyunda debüt etmək imkanı əldə etdim. Mən meydana daxil olan zaman komandamız hesabda geridə idi. Sevindirici haldır ki, qələbə qazanmağımızda mənim, az da olsa, payım oldu. Milli komandadakı gələcəyimlə bağlı fikir bildirmək istəmirəm. Gələcəkdə yenidən dəvət alıb-almayacağıma məşqçilər korpusu qərar verəcək. Şəxsən öz adıma söz verə bilərəm ki, nə zaman milliyə dəvət alsam, əlimdən gələnin maksimumunu etməyə, komandaya fayda verməyə çalışacağam”.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:53

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X