Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışıb.
Fanat.Az xəbər verir ki, 51 yaşlı çalışdırıcı "Legionisci" nəşrinə müsahibəsində tibbi müayinənin cavablarını gözlədiklərini söyləyib: "Hər şey qaydasında olsa, dərhal məşqlərə başlayacaq".
Qeyd edək ki, hazırda Varşavada olan Emrelinin tezliklə "Legiya" ilə 3+1 illik müqavilə imzalayacağı gözlənilir.
Fanat.Az