Rəcəb Tayyib Ərdoğanın Türkiyə millisinin AÇ-2020 çərçivəsində Uleslə matçına canlı baxacağını xəbər vermişdik.
Fanat.Az-ın məlumatına görə, iyunun 16-da Bakıda baş tutacaq oyunu stadionda izləyəcəyini Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında deyib.
O, görüşü Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə izləmək üçün Bakıya gələcəyini deyib:
"Azərbaycanda keçiriləcək ikinci oyunu qardaşım İlham Əliyev ilə birlikdə izləməyə gedəcəyəm”.
Qeyd edək ki, Türkiyə - Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Fanat.Az