AVRO-2020-nin Bakıda keçiriləcək Uels – İsveçrə oyununun hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Sabah 17:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Kleman Turpen olacaq. Ona yan xətt hakimləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək.
Fanat.Az