"Borussiya"nın (Dortmund) futbolçusu Ceydon Sanço "Mançester Yunayted"ə keçidə çox yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalist Fabritsio Romano məlumat yayıb.
O, tərəflər arasında artıq razılıq əldə olunduğunu yazıb. 21 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzalanacağı qeyd olunur.
Xatırladaq ki, ingilis futbolçu 2017-ci ildən Bundesliqa təmsilçisinin əsas heyətində çıxış edir. 104 oyunda meydana çıxan Sanço 38 qola imza atıb.
Röya