16:57 11.06.2021 737

Bu transferi heç kim gözləmirdi...

Mahir Emreli indi öz məharətini Polşada nümayiş etdirməli olacaq: onun "Qarabağ”dan "Legia”ya transferi, nəhayət, rəsmiləşdi. Bu elə hadisədir ki, reallaşacağına, bəlkə də, heç kim inanmırdı. Nə jurnalistlər, nə azarkeşlər…

Məlum məsələdir, azərbaycanlı futbolçular xarici klublarda çıxış etməyə həvəsli deyillər. Bunun da səbəbi sirr deyil: onlar ölkədə digər peşə sahiblərinin əksəriyyətindən çox qazanırlar. 

Avrokubokların qrup mərhələlərində fərqlənə bilməsə də, "Qarabağ”ın tarixində ilk dəfə Çempionlar Liqasında çıxış etməsində o vaxt 20 yaşı olan Mahirin də əməyi vardı. 2017-ci ildə "Kopenhagen” ilə ilk oyunda onun vurduğu qol "Qarabağ”a 1:0 hesablı qələbə qazandırmış, cavab oyununda 1:2 hesabı ilə uduzsalar da, qrup mərhələsinə çıxa bilmişdilər.
Ondan sonra Mahir avrokubokların seçmə mərhələlərdə "Dundalk” və "APOEL”, həmçinin ötən mövsüm "Sileks” və "Şeriff”i məyus edə bilib.

2017/18 mövsümündən başlayaraq Mahir Azərbaycan Premyer Liqasında ya mövsümün bombardiri, ya da ən sərrast oyunçularından biri olur. Bu ilin apreldə "Qəbələ”yə 5:0 hesabı ilə qalib gəldikləri oyunda 71-ci dəqiqədə meydana çıxdıqdan sonra oyunun sonunda iki dəqiqə ərzində het-trik etməyi bacarıb.

Bununla belə, Mahir Azərbaycanda son illər, bəlkə də, ən çox tənqid olunan futbolçudur. İstər "Qarabağ” olsun, istər Azərbaycan millisi məğlub olur - günahkar Mahir Emrelidir, qol vurmur - yenə onun günahıdır.

Xüsusilə də ötən il UEFA Millətlər Liqası-2020/2021 çərçivəsində Lüksemburqla oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması və nəticədə Azərbaycan millisinin 1:2 hesabı ilə məğlubiyyətindən sonra tənqidlər pik həddə çatmışdı. 

Yeri gəlmişkən, Mahir Emreli ilə bağlı maraqlanan Polşanın Goal.pl saytına həmçinin onun yeniyetmə vaxtlarında "Atletiko Madrid” və "Lans”ın düşərgəsində də təcrübə keçdiyini, başla oyun, təkətək mübarizələrdən qalib ayrıla bilməsi, qol duyumunun üstün cəhətləri olması, ingiliscə bilməsinin "Legia”ya tez adaptasiya olmasına kömək edə biləcəyini də bildirdim. 

Ümumiyyətlə, ulduzu parlayandan Mahirin adı bir çox klubla hallanıb. Onların arasında "Beşiktaş” da olub, İspaniyanın "Malaqa” və "Ekstremadura” klubları da. Bu ilin əvvəlində mətbuatda Avstriya "Şturm”unun da onu transfer etmək istədiyi barədə məlumat vardı.

Amma Mahirin "Qarabağ”dan məhz "Legia”ya keçəcəyinə heç kim inanmırdı. Çünki son 7 mövsümdə mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynamış "Qarabağ” son 4 mövsümdə Avropada qrup mərhələsinə çıxa bilməyən "Legia”dan daha üstün klub sayılır.
Ondan başqa, 2010-cu ildən başlayaraq Azərbaycan və Polşa təmsilçilərinin avrokuboklardakı 5 mübarizəsindən 4-də azərbaycanlılar qalib ayrılıb. O cümlədən 2020-ci ildə "Qarabağ” məhz Polşada "Legia”ya 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasının qrupuna düşüb.  

Mahir Emrelidən əvvəl də Polşada azərbaycanlı futbolçular çıxış edib. Anar Kələntərov 1997-ci ildə "Çuvay Pşemısl” komandasının oyunçusu olub. Ruslan Məcidov 2006-cı ildə "Vidzev Lodz”un qapısını qoruyub. Saşa Yunisoğlu 2007-2008-ci illərdə "Diskobolia Qrodzisk” və "Polonia Varşava”nın heyətində yer alıb. Fuad Bayramov isə 2021-ci ildən "Ostrovets Sventokşiski” klubunda oynayır.
Onlardan əvvəlsə Azərbaycan futbolçusu Yuri Kuznetsov hələ sovet dövründə - 1970–1971-ci illərdə "Qvardiya Varşava” komandasını çalışdırıb.

Ümumiyyətlə, "Qarabağ” avrokubokların daimi iştirakçısı olsa da, transfer bazarında satış baxımından fəal iştirakçı deyil. Mahir Emrelidən əvvəl "Qarabağ”dan yalnız Vaqif Cavadovun 2010-cu ildə "Tvente”yə, 2017-ci ildə Reynaldonun Türkiyə "Adanaspor”una, Riçard Almeydanın 2018-ci ildə Qazaxıstan "Astana”sına keçidi Azərbaycanda səs-küyə səbəb olmuşdu.

Mahir Emreli, nəhayət, tilsimi qırdı, Avropaya üz tutdu. Bəs indi növbə kimindir?

Rasim Mövsümzadə
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X