Belçika yığması AÇ-2020-nin qalibi olacağı halda, milli üzvlərinin alacağı mükafatın məbləği açıqlanıb.
Fanat.Az xəbər verir ki, yığma çempion olsa, heyətdəki hər futbolçuya 435 min avro qazanacaq.
Bu barədə Belçika mətbuatı məlumat yayıb. AÇ-2020-nin B qrupunda yer alan millinin oyunçuları 1/4 finala yüksəlsələr, 170 min avro, yarımfinala vəsiqə qazansalar, 290 min avro, finala çıxacaqları təqdirdə, 370 min avro mükafat alacaqlar.
Qeyd edək ki, Belçika yığmasına Roberto Martines rəhbərlik edir. Sözügedən komanda ilə yanaşı, B qrupunda Danimarka, Finlandiya və Rusiya da yer alıb.
Fanat.Az