Futbol üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib. Hər iki mat B qrupunda oynanılıb.
Qrupun ilk matçında Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz keçən görüş qorxunc olayla yadda qalıb. Belə ki, Kopenhagendəki matçın 42-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerdə qalıb. Özündən gedən Erimsen həkimlərin yardımı ilə qospitala çatdırılıb, oyun isə yarımçıq dayandırılıb. Bakı vaxtı ilə 22:30-dan davam etdirilən qarşılaşma finlərin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Psixoloji sarsıntı alan rəqibinə güc göstərən "suomi" turnirə dramatik zəfərlə başlayıb.
Turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə münasibətlərinə aydınlıq gətirib. Görüş Bakı vaxtı ilə saat 23.00-da start götürüb. Şimal qonşularımız Sankt-Peterburqda böyük hesabla yenilib - 0:3.
Qeyd edək ki, günün ilk oyunu A qrupu çərçivəsində Bakıda Uels və İsveçrə milliləri arasında baş tutub. Qarşlaşmada qalib müəyyənləşməyib. Qrupun ilk oyunu dünən Romada İtaliya və Türkiyə milliləri arasında baş tutub. "Ay-ulduzlular" 0:3 hesabıyla yenilib.
Avropa çempionatı
Qrup mərhələsi
B qrupu, I tur
12 iyun
Danimarka - Finlandiya 0:1
Qol: Coel Pohyanpalo, 59.
Parken stadionu. Koopenhagen, Danimarka.
Belçika - Rusiya 3:0
Qollar: Romelu Lukaku, 10, 89; Tomas Mönye, 34
"Qazprom Arena". Sant Peterburq, Rusiya.
Fanat.Az